Fransa İŞİD-i məhv edən “Sezar”ı Ukraynaya göndərirbackend

Fransa İŞİD-i məhv edən “Sezar”ı Ukraynaya göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Ukraynaya “Sezar” adlı özüyeriyən artilleriya qurğuları tədarük edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “Ouest-France” qəzetinə müsahibəsində bildirib.

“Biz koordinasiyalı hərəkət edirik. Dünən kansler Olaf Şoltsla bu barədə danışdım. “Sezar” kimi mühüm avadanlıq və müxtəlif silahlar çatdırırıq. Hesab edirəm ki, biz bu yolu davam etdirməliyik”, – deyə o bildirib.

155 mm-lik çaplı atilleriya sistemi daha əvvəl İraqda İŞİD-ə qarşı mübarizə çərçivəsində istifadə edilib. Sistem 40 kilometrə qədər məsafədəki hədəfləri dəqiqliklə vura bilir. Artilleriya qurğusu dəqiqədə 6-8 sursat atmağa qadirdir.

“Ouest-France” qəzetinin yazdığına görə, Fransa ordusu Ukraynaya öz inventarından 12 ədəd “Sezar” sistemi çatdıracaq.