Fransa prezidenti Emmanuel Makron RTL radiostansiyasına müsahibəsində bildirib ki, ölkədə hərbi çağırış xidmətinin yeni modeli üzərində iş aparılır.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, bu xidmət məcburi deyil, könüllü əsasda olacaq. Makron bunu Rusiyanın “əvvəlkindən daha aqressiv mövqe” sərgiləməsi ilə əlaqələndirib.
Yeni modelə dair detalların yaxın günlərdə açıqlanacağı gözlənilir. La Tribune nəşrinin məlumatına görə, könüllü xidmət 10 ay davam edəcək və həm kişilər, həm də qadınlar üçün əlçatan olacaq. Proqrama qoşulanlara aylıq 900–1000 avro ödəniləcək. Məqsəd Fransanın hərbi ehtiyat qüvvəsini gücləndirməkdir.
Hazırda Fransanın silahlı qüvvələrində təxminən 205 min hərbçi xidmət edir, onların 47 mini isə rezervistdir.
Paris 2030-cu ilə qədər ehtiyat qüvvəsini 80 min nəfərə çatdırmağı planlaşdırır.













