Fransa Makronu Üçüncü Dünya Müharibəsini başlamaq istədiyinə görə ittiham edirbackend

Fransa Makronu Üçüncü Dünya Müharibəsini başlamaq istədiyinə görə ittiham edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo, Prezident Emmanuel Makronu Üçüncü Dünya Müharibəsini başlatmaq istəməkdə ittiham edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Filipponun ittihamları və çağırışı

Florian Filippo, sosial şəbəkədəki paylaşımında, Makron və digər Avropa liderlərinin yeni bir dünya müharibəsi başlatmaq istədiklərini iddia edib. O, “Onları dayandırmaq üçün hələ vaxt var: fransızlar, oyanın!” deyə çağırış edib.

Makronun Ukraynada hərbi kontingent yerləşdirmə planı

Əvvəllər Prezident Makron, Avropanın Rusiya razılığı olmadan Ukraynada hərbi kontingent yerləşdirə biləcəyini bildirmişdi. Onun sözlərinə görə, Avropa ölkələri “təlim proqramlarını həyata keçirmək və uzunmüddətli dəstəklərini göstərmək üçün” əsas bölgələrə “bir neçə min nəfər” göndərməyi planlaşdırır.