Fransa məhkəməsi nazirin törətdiyi cinayəti ört-basdır edirbackend

Fransa məhkəməsi nazirin törətdiyi cinayəti ört-basdır edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın ən yüksək məhkəməsi olan Kassasiya Məhkəməsi zorlamada təqsirləndirilən daxili işlər naziri Jerald Darmaninin işinin bağlanması ilə bağlı şikayətə baxılmasına fevral ayında qərar verəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “BFMTV” kanalı məlumat yayıb.

Darmanin haqqında işin xitam verilməsinə qarşı apellyasiya şikayətinin icazəli olub-olmaması ilə bağlı qərar fevralın 14-də açıqlanacaq.

Darmaninə qarşı iş Sofi Patterson-Spatzın 2017-ci ildə verdiyi şikayətdən irəli gəlirdi.

Qadın, o zaman dövlət qulluğu naziri olan Darmanini zorlama, cinsi təcavüz və etibardan sui-istifadədə ittiham edib.

Bu şikayətlə bağlı ilk araşdırma 2018-ci ilin avqustunda Fransa ədliyyəsi tərəfindən cinayət dəlillərinin olmaması səbəbindən bağlanıb. Lakin qadın apellyasiya şikayəti verib. 2020-ci ilin yayında Paris Apellyasiya Məhkəməsi Darmaninə qarşı istintaqın yenidən başlamasına qərar verib.

Dinləmə zamanı Darmanin günahını etiraf edib, lakin bununla bağlı heç bir hüquqi addım atılmayıb. Bunun əvəzində, 24 yanvar 2023-cü ildə Paris Apellyasiya Məhkəməsi nazirə qarşı işin bağlanmasının qanuniliyini təsdiqləyib.