Fransa məhsullarının boykotu geniş vüsət alırbackend

Fransa məhsullarının boykotu geniş vüsət alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada COVID-19 pandemiyasının iqtisadi fəsadlarının artdığı bir vaxtda Fransa İslam dünyasının boykotu ilə qarşılaşıb. Müsəlman ölkələrinin böyük əksəriyyətində insanlar fransız məhsullarından imtina edirlər.

NOCOMMENT azərtac-a istinadən xəbər verir ki, Fransa məhsullarının boykotu bu ölkənin Prezidenti Emmanuel Makronun oktyabrın 21-də İslama və onun Peyğəmbərinə qarşı təhqirlərlə bağlı bəyanatından sonra başlayıb. Fransa Prezidenti bədnam karikaturaların bundan sonra da dərc ediləcəyini bildirib.

E.Makronun bəyanatına cavab olaraq, İslam dünyasında Fransa məhsullarının boykotu kampaniyası başlayıb. Dünyada məşhur olan fransız brendləri Yaxın Şərq və digər regionlarda mağazalardan yığışdırılır. “Carrefour” supermarketlər şəbəkəsi də 16 ölkədə bağlanıb. Misir, Qətər və Küveytdə fransız məhsullarının mağazaların rəflərindən yığışdırılması videoları sosial şəbəkələrdə yayılıb.

İqtisadiyyat üzrə ekspertlər bildirirlər ki, boykot kampaniyası fransız şirkətləri ilə yanaşı, geniş supermarketlər şəbəkəsi, enerji, müdafiə sənayesi, moda və ətriyyat sektorlarında onlarla şərik olan Yaxın Şərq firmalarını da böyük zərərə uğradacaq. Hələ 2005-ci ildə İslam dinini təhqir edən Niderland şirkətləri analoji kampaniya nəticəsində 20 faizdən çox zərərlə üzləşmişdi.