Fransa Netanyahunun həbsi ilə bağlı BCM-ni dəstəkləyibbackend

Fransa Netanyahunun həbsi ilə bağlı BCM-ni dəstəkləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa hakimiyyəti baş prokuroru Kərim Xanın İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalan və Fələstinin üç liderinin həbsinə order verilməsini müdafiə etdiyi Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) dəstəklərini ifadə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Fransa Xarici İşlər Nazirliyinin saytında dərc edilən bəyanatda vurğulanır ki, “Fransa Beynəlxalq Cinayət Məhkəməsini, onun müstəqilliyini və bütün hallarda cəzasızlıqla mübarizəni dəstəkləyir”.

Nazirlik həmçinin qeyd edib ki, Fransa 7 oktyabr 2023-cü ildə HƏMAS hücumlarını pisləyib və hərəkatın mülki şəxslərə qarşı hücumlarını sənədləşdirdiyini vurğulayıb.