Fransa oğurluqda ittiham olunan diplomatı Nigeriyaya səfir təyin edibbackend

Fransa oğurluqda ittiham olunan diplomatı Nigeriyaya səfir təyin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa daha əvvəl şərab oğurluğunda ittiham olunan Mark Fonbostyeni Nigeriyaya səfir təyin edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “African Stream” portalı məlumat yayıb.

Bildirilib ki, bu təyinat Parisin xüsusilə Sahel bölgəsində ağır məğlubiyyətlərdən sonra Qərbi Afrikada öz təsirini saxlamaq planları ilə bağlı ola bilər.

“Son vaxtlar Fransa Saheldə müəyyən çağırışlarla üzləşib. Fransız hərbçilər Mali, Burkina-Faso və Nigerdən çıxmağa məcbur edilib, Parisin bu ölkələrdəki diplomatik missiyaları isə bağlanıb”, – portal vurğulayıb.

Qeyd olunub ki, bu, Fransanın maraqlarına ağır zərbə vurub, ölkə xüsusilə uran kimi qiymətli resurslara çıxışı itirib.

2010-cu ildə M.Fonbostye Honq-Konqdakı qolf klubu restoranından dəyəri 4 min dollardan çox olan iki şüşə şərab oğurlamaqda ittiham olunub.