Fransa öz vasitəçiliyini gözdən salıb – Zaxarovabackend

Fransa öz vasitəçiliyini gözdən salıb – Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Moskvada uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur.

“Ermənistana şübhəli avropalı müşahidəçilər missiyasının göndərilməsi ilə ATƏT-in Minsk Qrupunun dağılmasında Parisin də rolu olub. Bu nümayişkaranə addımlar tərəflərə kömək etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və öz məqsədlərinə çatmaq məqsədi daşıyır”, – sözçü bildirib.

O, Makronun Qarabağ məsələsi ilə bağlı mövqeyi ilə bağlı açıqlamalarını “pafos” adlandırıb və qeyd edib ki, Parisdə konkret nəticə yoxdur.