Fransa Xarici İşlər Nazirliyi Yaxın Şərqdə hərbi eskalasiya riski ilə əlaqədar öz vətəndaşlarını “mümkün qədər tez” İranı tərk etməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Regionda hərbi eskalasiya riskinin artması ilə əlaqədar olaraq, İrandakı bütün Fransa vətəndaşlarına mümkün qədər tez ölkəni tərk etmələri tövsiyə olunur”, – məlumatda bildirilir.
Bundan əvvəl Kanadanın xarici işlər naziri Melani Coli Kanadanın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına əlavə etmək qərarından sonra ölkənin bütün vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.