Fransa polisi Makronun səfəri öncəsi qazanları topladıbackend

Fransa polisi Makronun səfəri öncəsi qazanları topladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın cənubundakı Qanq şəhərində polis Fransa prezidenti Emmanuel Makronun səfəri ərəfəsində nümayişçilərdən qabları yığıb.

NOCOMMENT.az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə fransız polisinin nümayişçilərin səs-küy salmaq üçün istifadə etdiyi kiçik polad qazanları müsadirə etdiyi görünür.

Yerli rəsmilər Makronun yerli orta məktəbə səfəri öncəsi qazanın qadağan edilməsi qərarını “portativ səs cihazı” və “əyləncə cihazı” qadağası olaraq təyin edib.

Mövzu ilə bağlı açıqlama verən, solçu İtaətsiz Fransanın yerli məclis üzvü Sebastien Rome, “Qadağa yalnız yumurta və tavalara aiddirsə, mənim evimdə bunlar yemək üçün istifadə olunur” deyə açıqlama verib.

NOCOMMENT.AZ