Fransa Prezidenti Azərbaycan dilində paylaşım edib – FOTObackend

Fransa Prezidenti Azərbaycan dilində paylaşım edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.

NOCOMMENT xəbər verir ki, o, Azərbaycan dilində status yazıb:

“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, – deyə paylaşımda bildirilib.

Daha sonra o, qeyri-formal keçirilən üçtərəfli görüşdə şəkil paylaşaraq fransızca, azərbaycanca və ermənicə yazıb: “Ermənistan, Azərbaycan, birlikdə!”

Qeyd edək ki, dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.