Fransa prezidenti seçkidən sonra “görünmədi”backend

Fransa prezidenti seçkidən sonra “görünmədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron seçkidən sonra “görünmədi”.

NOCOMMENT.az xəbər verir ki, Marin Le Penin partiyası parlament seçkilərinin birinci turunda qalib gələndən sonra Fransa prezidentini heç kim görməyib.

O, sonuncu dəfə səsvermənin nəticələrinin elan edilməsindən bir neçə saat əvvəl Le Touquet-Paris-Plage kommunasında həyat yoldaşı ilə gəzərkən görünüb.

Qeyd edək ki, Fransa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, parlament seçkilərinin birinci turunda “Milli Birlik” partiyası respublikaçılar partiyasından olan müttəfiqləri ilə birlikdə 33,15 % səs toplayıb, bununla da onlar parlamentdəki 577 yerdən 270-ni qazanıblar. Solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 27,99%, Emmanuel Makronun koalisiyası isə 20,04% səs toplayıb. Seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.