Fransa prezidentliyinə namizəd gizlicə Qarabağa gedib – FOTOLARbackend

Fransa prezidentliyinə namizəd gizlicə Qarabağa gedib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidentliyinə namizəd Valeri Pekress dünən Qarabağa səfər edib.

NOCOMMENT xəbər verir ki, bu barədə xanım namizədi Ermənistana səfəri zamanı müşayiət edən “France Télévisions”un jurnalisti Jülyen Neni öz tviter hesabında yazıb.

Jurnalist bildirib ki, Pekressin Qarabağa səfərini heç bir KİV işıqlandırılmayıb: “Valeri Pekres Dağlıq Qarabağa səfər edib. Orada yerli siyasətçilərlə görüşüb. Təhlükəsizlik baxımından səfər Ermənistanda olan Fransa mediasının əksəriyyəti, o cümlədən “France TV” tərəfindən işıqlandırılmayıb”.

Qeyd edək ki, Fransanın İl-de-Frans Regional Şurasının sədri, 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Valeri Pekress Ermənistanda işgüzar səfərdədir.