Fransa qırıcılar verir – Ukraynaya kifayət etmirbackend

Fransa qırıcılar verir – Ukraynaya kifayət etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Ukraynaya altı ədəddən çox olmayaraq “Mirage 2000-5” qırıcısı ötürə bilər. Paris daha çox təyyarə tədarük etmək istəsə, onları digər müttəfiqlərdən axtarmalı olacaq.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Fransada cəmi 26 belə təyyarə var.

Qeyd olunub ki, altı döyüş təyyarəsi Ukraynaya kömək etmək üçün kifayət etmir. Bundan əlavə, qırıcılar bəzi xüsusiyyətlərinə görə Ukrayna üçün uyğun gəlmir.

Aviasiya eksperti Castin Bronk qeyd edir ki, onların effektivliyi daha qısa məsafəyə malik hava-hava raketləri ilə məhdudlaşır.