Fransanın Moskvadakı yeni səfiri Nikolya de Rivyer Fransanın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyinin dəyişməz qaldığını bildirib və qeyd edib ki, Parisdə heç vaxt Moskvaya qarşı hər hansı düşmənçilik əhval-ruhiyyəsi olmayıb.
NOCOMMENT.az xəbər verir ki, diplomat bu mövqeyini “Kommersant”a müsahibəsində bölüşüb.
O, həmçinin vurğulayıb ki, Fransa hakimiyyəti heç vaxt Rusiyanı strateji cəhətdən məğlub etməyi qarşısına məqsəd qoymayıb.
De Rivyer əlavə edib ki, Fransada ərazi mübahisələrinin hərbi yolla həllinin yolverilməzliyi və qonşu dövlətlərin torpaqlarının ilhaqı məsələsində ictimai-siyasi birlik mövcuddur. Səfir Fransa üçün ərazi bütövlüyünün vacibliyinə diqqət çəkərək, bu prinsipə məhəl qoymamağın Avropanı və bütün dünyanı “qüdrət qanunu”na qaytaracağı ilə bağlı xəbərdarlıq edib.