Fransa səmasında naməlum obyekt göründübackend

Fransa səmasında naməlum obyekt göründü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-dan sonra Fransa səmasında da naməlum obyekt görünüb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, sonradan obyektin kiçik ölçülü meteorid olduğu müəyyən edilib.

Kosmosdan gələn parlaq “odlu şar” 1 metr uzunluğa malik olub. Bildirilib ki, onun yerə düşməsi öncədən proqnozlaşdırıla bilən olsa da, bu kiçik kosmik cismin ölçüsü nəzərə alınarsa, onun yerə çırpılmasından əvvəl görünməsi təəccüblüdür.

Qeyd edək ki, bundan əvvəl ABŞ səmasında da naməlum obyekt peyda olmuşdu. Onun Çinə məxsus casus şarı olduğu aşkarlandıqdan sonra vurulduğu barədə məlumat verilmişdi.