Fransa Senatı pensiya islahatlarının ən mübahisəli maddəsini təsdiqlədibackend

Fransa Senatı pensiya islahatlarının ən mübahisəli maddəsini təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada Senat ölkədə kütləvi tətillərə səbəb olan və milyonlarla insanın etiraz etmək üçün küçələrə çıxdığı islahatın ən mübahisəli maddəsini qəbul etdi.

NOCOMMENT.az xəbər verir ki, yeni qanunda təqaüd yaşının tədricən 62-dən 64-ə qaldırılması nəzərdə tutulur.

Belə ki, etirazlara baxmayaraq, pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan maddə 115-ə qarşı 201 səslə qəbul edilib.

Baş nazir Elizabet Born səsvermə ilə bağlı “Müzakirələrə baxmayaraq səsvermənin belə keçməsindən məmnunam” deyərək açıqlama verib.

NOCOMMENT.AZ