Fransa Senatı vətəndaşın izlənilməsinə imkan verən maddəni qəbul etdibackend

Fransa Senatı vətəndaşın izlənilməsinə imkan verən maddəni qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Senatı telefonlardakı kamera və mikrofonların uzaqdan işə salınmasını və vətəndaşların monitorinqini təmin edəcək maddəni qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, yeni qanuna əsasən, xüsusilə terrorla mübarizədə vətəndaşların telefon və kompüter kimi elektron cihazları uzaqdan və onların xəbəri olmadan izləniləcək.

Hüquqşünasların, jurnalistlərin və həkimlərin telefonlarını ehtiva edən qanuna görə, nitq və yazışmalar kopyalana bilər. Həmçinin, vəkillə müştəri arasındakı söhbətlər də qeydə alına bilər.

Digər tərəfdən, mobil telefonların kamerası və mikrofonu uzaqdan aktivləşdirilə bilər.

Fransa polisi “WhatsApp”, “Facebook”, “Gmail” kimi hesablara daxil olmaq üçün bu təşkilatlarla birbaşa əməkdaşlıq edəcək.

NOCOMMENT.AZ