Fransa Şimali Koreyanın uğursuz hərbi casus peyki buraxmaq cəhdini pislədibackend

Fransa Şimali Koreyanın uğursuz hərbi casus peyki buraxmaq cəhdini pislədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək hərbi casus peyki buraxmaq cəhdini kəskin şəkildə qınadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən açıqlamada Şimali Koreyanın bu təşəbbüslə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qərarlarını açıq şəkildə pozduğu bildirilib.

Şuranın 2006-cı ildən bu yana bir neçə dəfə Şimali Koreyanı nüvə silahı daşımaq üçün nəzərdə tutulmuş ballistik raketlərlə, o cümlədən atəş sistemi ilə bağlı fəaliyyətlərdə iştirak etməməyə çağırdığı xatırladılan bəyanatda, “peyk buraxma təşəbbüsünün ölkənin həyəcanverici ballistik raket buraxılış proqramına töhfə verdiyinə” diqqət çəkilib.

“Fransa Şimali Koreyanı sabitliyi pozan hərəkətlərini dərhal dayandırmağa, öhdəliklərini gecikdirmədən yerinə yetirməyə və danışıqlar masasına qayıtmağa çağırır” deyə bəyanatda qeyd olunub.

NOCOMMENT.AZ