Fransa şirkəti İlon Maskı məhkəməyə veribbackend

Fransa şirkəti İlon Maskı məhkəməyə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyarder Bernard Arnaulta məxsus bir neçə fransız media şirkəti, İlon Maskın sosial media şəbəkəsi X-a qarşı məhkəməyə müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, şirkət sosial şəbəkə platformasının onların məzmununu ödəniş etmədən yaymaqda ittiham edib.

İddia Arnaultun lüks konqlomerat media orqanları olan Les Echos və Le Parisien tərəfindən qaldırılıb. Bu addımı Le Monde, Le Figaro, Telerama, Courrier International, Huffington Post, Malesherbes Publications və Le Nouvel Obs dəstəkləyir.

Forbes-ə görə, Arnault hazırda 156 milyard dollarlıq ailə sərvəti ilə Avropanın ən varlı adamı və dünyanın 5-ci ən varlı adamıdır.

Tesla və SpaceX şirkətlərinin də sahibi olan və yeni seçilmiş prezident Donald Trampın tərəfdarı olan Mask 308 milyard dollarlıq sərvətlə dünya miqyasında birinci yerdədir.