Fransa sovet partizanlarına abidənin tikintisinə icazə verdibackend

Fransa sovet partizanlarına abidənin tikintisinə icazə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Xarici İşlər Nazirliyi Tiel şəhərində qadın sovet partizan dəstəsi Rodina üçün abidənin tikintisinə icazə verib. 

NOCOMMENT.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov məlumat verib.

“Biz nəhayət, Rusiya və Belarus istehsalı olan heykəltəraşlıq kompozisiyasının quraşdırılması üçün Fransa Xarici İşlər Nazirliyindən rəsmi razılıq ala bilmişik və hazırda onun Fransaya daşınmasının təşkili istiqamətində iş aparılır”, – diplomat agentliyə bildirib.

Bundan əvvəl Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat vermişdi ki, Latviya hakimiyyəti 9 May bayramını qeyd etmək üçün ölkədə yerləşən müharibə abidələrini məhv etmək planları hazırlayır.