Fransa Türkiyənin qərarını alqışlayırbackend

Fransa Türkiyənin qərarını alqışlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Türkiyə və Macarıstanın Finlandiyanın NATO-ya üzvlük protokolunu ratifikasiya etmək niyyətlərini elan etməsini alqışlayıb.

NOCOMMENT xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Türkiyənin, daha sonra Macarıstanın Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya etmək niyyətlərini bəyan etməsinin müsbət qarşılandığı bildirilib.

Bəyanatda Fransanın İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün birgə və təcili müraciətlərini ilk andan dəstəklədiyi vurğulanıb.