Fransa: Ukraynanın demilitarizasiyası qəbuledilməzdirbackend

Fransa: Ukraynanın demilitarizasiyası qəbuledilməzdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın müdafiə naziri Sebastyan Lekornu Rusiyanın Ukraynanın demilitarizasiyası ilə bağlı tələblərini qəbuledilməz adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Valeurs actuelles qəzetinə verdiyi müsahibədə bildirib və bu tələbi “qırmızı xətt” kimi dəyərləndirib.

“Bizim üçün tamamilə qəbuledilməz olan qırmızı xətt — Ukraynanın demilitarizasiyasıdır. Biz Ukraynanın NATO-ya üzvlüyünə etiraz edib, eyni zamanda onun ordusuz qalmasına razı ola bilmərik,” – deyə Lekornu vurğulayıb.

Nazirin sözlərinə görə, Ukrayna öz təhlükəsizliyini təmin edə biləcək gücdə olmalıdır.