Fransa və İsrail İrana qarşı birgə hərəkət edəcəklərbackend

Fransa və İsrail İrana qarşı birgə hərəkət edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu Parisdəki Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.

NOCOMMENT xəbər verir ki, iki lider İrana qarşı birgə hərəkət etmək qərarına gəldiklərini bəyan ediblər.

Yelisey Sarayından verilən açıqlamaya görə, Makron və Netanyahu dünən axşam birlikdə nahar edib və başda İran və Fələstin olmaqla bir çox regional məsələləri müzakirə ediblər.

Fələstin ərazilərindəki mövcud vəziyyətlə bağlı narahatlıqlarını Netanyahuya çatdıran Makron, Fələstinli və İsrail vətəndaşları arasında can itkisinə səbəb olan zorakılıq spiralını gücləndirəcək fəaliyyətlərdən qaçınılması lazım olduğunu xatırladıb.