Çevrilişlə hakimiyyəti ələ keçirən əsgərlər tərəfindən diplomatik toxunulmazlığı götürülən Fransanın Niger səfirindən növbəti dəfə ölkəni tərk etməsi istənilib.
NOCOMMENT.az xəbər verir ki, Niger ordusu Parisə məktub göndərərək səfirdən Niameyi tərk etməsini xahiş edib. Bu məktub Fransanın Nigerdəki səfiri Silvain İteyə ölkəni tərk etmək üçün verilən ultimatumun müddəti bitdikdən sonra gəlib.
Niamey administrasiyası fransalı diplomata 25 avqust cümə günü ölkəni tərk etmək üçün 48 saat vaxt verib, lakin Fransa bundan imtina edib.