Fransa XİN: Avropadan Ukraynaya qoşun göndərilməsi məsələsi gündəlikdə deyilbackend

Fransa XİN: Avropadan Ukraynaya qoşun göndərilməsi məsələsi gündəlikdə deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Avropa qüvvələrinin Ukraynaya göndərilməsi məsələsi gündəlikdə deyil.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri (XİN) Jan-Noel Barro “France Info” telekanalına açıqlamasında bildirib.

“Bu məsələ hazırda gündəlikdə deyil. Heç kim bu gün Ukraynaya qoşun göndərmək niyyətində olduğunu deməyib. Biz sülh istədiyimizi deyirik”, – o bildirib.

Avropa İttifaqının Ukraynaya verə biləcəyi təhlükəsizlik zəmanətlərindən danışan J.Barro qeyd edib ki, bu mövzunu hələ müzakirə etmək tezdir: “Bu məsələ vaxtı gələndə, sülh əldə ediləndə və həqiqətən təmin olunanda ortaya çıxacaq”.

Fransa XİN başçısı, Ukraynada qoşunların yerləşdirilməsi mövzusunda əlavə şərh verməkdən imtina edib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka, həmçinin Böyük Britaniya liderlərini Parisdə qeyri-rəsmi görüşə dəvət etmişdi.