Fransa XİN başçısı HAMAS-ı tərksilah olmağa çağırıbbackend

Fransa XİN başçısı HAMAS-ı tərksilah olmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro HAMAS-ı tərksilah olmağa çağırıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Jan-Noel Barro bu barədə X-da paylaşım edib.

Fransa XİN başçısı bildirib ki, HAMAS israilli girovları hər hansı şərt irəli sürmədən azad etməli, tərksilah olmalı və Qəzzanın idarə edilməsindən kənarlaşdırılmalıdır.

Jan-Noel Barro Qəzza sakinlərinə böyük həcmdən humanitar yardım göstərilməsinə də çağırış edib.