Fransa XİN başçısı Qarabağ abidələrinin öyrənilməsi məqsədilə zəng etdibackend

Fransa XİN başçısı Qarabağ abidələrinin öyrənilməsi məqsədilə zəng etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında noyabrın 20-də telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyət, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası, razılaşmadan irəli gələn bir sıra məsələlər, eləcə də humanitar məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi, dini abidələrin vəziyyətinin öyrənilməsi və qorunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığın həyata keçirilməsini qeyd ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.