Fransa XİN İranın İsrailə hücumunu pisləyibbackend

Fransa XİN İranın İsrailə hücumunu pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın xarici işlər naziri Stefan Sejournet İranın İsrailə hücumunu pisləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Fransa İranın İsrailə hücumunu qəti şəkildə pisləyir. İran belə bir görünməmiş addım atmağa qərar verməklə hərbi eskalasiya riskini artırır”.

Diplomat həmçinin vurğulayıb ki, “Fransa İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyir və onu həmrəyliyinə əmin edir”.

İsrail Müdafiə Qüvvələrinin (IDF) İranın İsrail istiqamətində atdığı 100-dən çox pilotsuz uçan aparatı aşkar etdiyi və izlədiyi bildirilir.

Bundan əvvəl İran İsrailə qarşı raket və pilotsuz təyyarələrin buraxılmasını rəsmən təsdiqləyib.