Fransada 1 milyon insan küçələrə çıxdıbackend

Fransada 1 milyon insan küçələrə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransızlar hökumətin pensiya yaşının tədricən 64-ə qaldırılmasını nəzərdə tutan islahatına qarşı çıxaraq ölkə boyu etiraz aksiyası keçiriblər.

NOCOMMENT.az xəbər verir ki, 1 milyondan çox insanın qatıldığı nümayişlərdə çoxlu etirazçı saxlanılıb

Nümayişçilər hökumətdən parlamentdə səsvermə olmadan yekun olaraq qəbul edilən islahatdan imtina etməyi tələb ediblər.

Dijon, Renn və Rouen şəhərlərində polislə nümayişçilər arasında gərginlik yaranıb.

Paytaxt Parisdə polisin təsdiqlədiyi etiraz aksiyasında polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.

Nümayişçilərdən bəziləri Paris küçələrindəki zibil və zibil qutularını yandırıb, avtobus dayanacaqlarını dağıdıb.

Şəhərdə icazəsiz nümayişlər davam edir.

NOCOMMENT.AZ