Fransanın cənubundakı Orta Pireney adalarında baş verən yanğın 500 hektar meşə sahəsinə ziyan vurub.
NOCOMMENT.az xəbər verir ki, Fransada Orta Pireney Qubernatorluğundan verilən açıqlamaya görə, dünən bölgədəki Saint-Andre, Sorede və Argeles-sur-Mer yaşayış məntəqələrində baş verən yanğını yalnız səhər saatlarında nəzarət altına almaq mümkün olub.
Bölgəyə gələn 650 yanğınsöndürənlə yanaşı, çoxlu yanğınsöndürən təyyarələr də yanğına müdaxilə edib, təxminən 500 hektar meşə sahəsi məhv edilib.
4 düşərgəyə ziyan vuran yanğın səbəbiylə ətrafdakı 3 min insan təhlükəsizlik məqsədi ilə təxliyə edilib.
Bundan əlavə, alov və tüstüdən 20-si yanğınsöndürən də daxil olmaqla 50-dən çox insan xəsarət alıb.
Nəzarət altına alınan yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.