Fransada 9-cu dəfə kütləvi tətil keçirilirbackend

Fransada 9-cu dəfə kütləvi tətil keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada pensiya yaşının 2 il uzadılması ilə bağlı mübahisəli islahat əleyhinə bir çox sektor ölkə daxilində 9-cu dəfə kütləvi tətil keçirib.

NOCOMMENT.az xəbər verir ki, Fransa mətbuatında çıxan xəbərlərə görə, hətta enerji, nəqliyyat və təhsil sektoru işçiləri də parlamentdə səsvermədən keçən pensiya islahatına etiraz edirlər.

Təmizlik işçilərinin tətili səbəbiylə paytaxt Parisdə minlərlə ton zibil yığılarkən, nəqliyyat sektoru işçilərinin tətili qatar və avtobus xidmətlərində gecikmələrə səbəb olmağa başlayıb.

Ölkənin 40 bölgəsində yanacaqdoldurma məntəqələrinin təxminən 15 faizi “yanacaq çatışmazlığı” səbəbindən xidmət göstərə bilməyib.

Yanacaq qıtlığı səbəbindən bir çox rayonlarda stansiyaların qarşısında uzun növbələr yaranmağa başlayıb.

NOCOMMENT.AZ