Fransada Apple ilə bağlı istintaq açılıbbackend

Fransada Apple ilə bağlı istintaq açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada məlum olub ki ABŞ-ın texnologiya nəhəngi Apple-a qarşı “cihazların təmirini çətinləşdirdiyinə və planlaşdırılan nasazlıqlara görə” istintaq açılıb.

NOCOMMENT xəbər verir ki, 2022-ci ilin dekabrında Paris Prokurorluğu Rəqabət, İstehlak və Fırıldaqçılığın Qarşısının Alınması üzrə Baş Müdirliyinin Milli İstintaq Xidmətinin Assosiasiyası tərəfindən Apple-a qarşı edilən şikayət əsasında qanuni fəaliyyətə başladığını elan etdi.

İddia Apple-ı “cihaz hissələrinin təmirində onlarla müdaxilə etməkdə və icazəsiz xidmətlərin təmirini çətinləşdirən praktikaları diktə etməkdə” günahlandırır. Şirkət avadanlıqları münasib qiymətə və vaxta görə istifadəçiyə təqdim etməməkdə ittiham olunur.

Qeyd edək ki, 2020-ci ildə də Apple, istifadəçiləri aldatdığı üçün Fransada açılan istintaqı bağlamaq üçün 25 milyon avro cərimə ödəmişdi.