Fransada bələdiyyə sədri autizmli oğluna görə aclıq aksiyası keçirdibackend

Fransada bələdiyyə sədri autizmli oğluna görə aclıq aksiyası keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Poses şəhərinin bələdiyyə sədri Georgio Loiseau autizmli oğlunun heç bir məktəbə qəbul edilməməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Fransa mətbuatında yayılan məlumata görə Loiseau ağır autizm xəstəsi olan oğlunun vəziyyəti pis olduğu üçün məktəblərdə təhsilini davam etdirə bilməyəcəyini öyrənib.

Vəziyyətə etiraz olaraq Eure bölgəsindəki səlahiyyətli inzibati qurumun qarşısında aclıq aksiyası keçirən Loiseau, qonşu ölkələrdən, dərnəklərdən və çox sayda insandan, siyasətçilərdən dəstək alıb.

Loiseau dövlətdən oğluna və onun vəziyyətdə olan uşaqlarına təhsillərini davam etdirmələri üçün şərait yaratmağı xahiş edib.

Oğlunun gələn ildən təhsilini davam etdirə bilməyəcəyini ifadə edən Loiseau, “Bu mübarizəni qələbəyə aparmalıyıq” deyə açıqlama verib.

NOCOMMENT.AZ