Fransada bir xəstəxana təcili yardım xidmətini bağlayırbackend

Fransada bir xəstəxana təcili yardım xidmətini bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Aulnay-sous-Bois şəhərindəki Robert-Ballanger Xəstəxanasının təcili yardım xidməti personal çatışmazlığı səbəbindən bazar ertəsi gününə qədər bağlı qalacaq.

NOCOMMENT.az xəbər verir ki, bu çərçivədə xəstəxana 24 aprel bazar ertəsi yerli vaxtla saat 08:00-a qədər təcili yardıma təkbaşına gələn xəstələri qəbul etməyəcək.

Yalnız sağlamlıq və ya yanğınsöndürənlər tərəfindən təcili yardıma gətirilən xəstələr xəstəxanaya qəbul olunacaq.

Məlumata görə xəstəxana 24 aprel-2 may tarixlərində saat 18.00-08.00 arasında öz imkanları ilə təcili yardıma gələn xəstələri qəbul etməməyə davam edəcək.

NOCOMMENT.AZ