Fransada danışıqlar heç bir nəticə verməyibbackend

Fransada danışıqlar heç bir nəticə verməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftələrlə pensiya islahatına qarşı tətil və nümayişlər təşkil edən həmkarlar ittifaqı nümayəndələrinin islahatla bağlı Fransanın baş naziri Elizabet Borne ilə görüşü heç bir nəticə verməyib.

NOCOMMENT xəbər verir ki, Fransanın aparıcı həmkarlar ittifaqlarının nümayəndələri və Borne paytaxt Parisdə baş nazirlik ofisində bir araya gələrək müxtəlif məsələləri, xüsusilə pensiya islahatlarını müzakirə ediblər.

Bir saatdan az davam edən görüşdən sonra tərəflərin razılığa gələ bilməməsindən sonra birlik rəsmiləri yerli mətbuata açıqlamalar verib.