Fransada etirazlar yenidən ALOVLANIRbackend

Fransada etirazlar yenidən ALOVLANIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Əczaçıları Həmkarlar Təşkilatları Birliyi və Farmaseptlərinin Həmkarlar Təşkilatları Federasiyası sabah tətil keçirəcəkləri ilə bağlı bildiriş yayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata əsasən, həmin gün ölkədə apteklər işləməyəcək. Aksiyaya tibb bacıları da qoşulacaq.

Məqsəd hökumətin diqqətini əczaçılıq sahəsindəki problemlərə, xüsusən də dərman çatışmazlığına yönəltməkdir.

Təşkilatçılar bildirirlər ki, təkcə yanvar ayında maliyyə çətinliklərinə görə 36 aptek bağlanıb. Vəziyyət belə davam edərsə, 25 minədək əczaçı işini itirəcək. Farmakoloji sahədə təhsildə də islahatlar zəruridir.