Fransada hərəkət qadağası ləğv edilirbackend

Fransada hərəkət qadağası ləğv edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada evdən 100 kilometrdən çox məsafəyə qoyulan hərəkət qadası ləğv edilir.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, Fransa Baş naziri Eduard Filippin qadağanın iyunun 2-də götürüləcəyini bildirib.
Nazir açıqlamasında “Bu tədbir virusun yayılmasının qarşısını almaq üçün çox faydalı oldu. Ancaq bu gün bu tədbir artıq lazım deyil” fikirlərini söyləyib.
Onun sözlərinə Fransada koronavirus epidemiyası səbəbiylə tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasının ikinci mərhələsi üçün plan təqdim olunacaq.

“Nə qədər az hərəkət etsək, virus daha az yayılır” fikirlərini bildirən Baş nazir vətəndaşları məsuliyyətli olmağa çağırıb.

Qeyd edək ki ,koronavirus epidemiyası səbəbiylə tətbiq olunan karantin rejimi Fransada iki ay davam edib. Mayın 11-dən etibarən ölkədə məhdudiyyətlərin yumşaldılmasına başlanılıb.
İyunun 2-də isə 3 həftə (iyunun 21-dək) davam edəcək yumşalmanın ikinci mərhələsinə başlanılacaq.