Fransada Makronu “alçaq” adlandırmaqda ittiham olunan qadın saxlanıldıbackend

Fransada Makronu “alçaq” adlandırmaqda ittiham olunan qadın saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Saint-Omer şəhərində “Sarı jiletlilər” hərəkatından bir qadın prezident Emmanuel Makronu “alçaq” adlandırdığı üçün saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Fransanın BFMTV kanalının xəbərinə görə, sözügedən qadın Qubernatorun şikayəti ilə evinə gələn polis tərəfindən saxlanılıb.

Qadın “Facebook” hesabında 22 martda mübahisəli pensiya islahatı haqqında Makronun Fransa televiziyasına danışmasından bir gün əvvəl Makronu nəzərdə tutaraq “Sabah saat 13-də alçaq sizə, dəyər verilməyənlərə səslənəcək. Alçaqları yalnız televiziyalarda görürük.” yazdığı deyilir.

Qeyd edək ki, İyunun 20-də “prezidenti təhqir etmək” ittihamı ilə məhkəmədə ifadə verəcək qadını Facebook-da paylaşdığı ifadələrə görə təqsirli bilinərsə, onu 6 il həbs və 22.500 min avroya qədər cərimə gözləyir.

NOCOMMENT.AZ