Fransada Makronun saatı gündəmdə idi: İddialara cavab verildibackend

Fransada Makronun saatı gündəmdə idi: İddialara cavab verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada pensiya islahatına etirazlar davam edərkən, televiziyaya çıxan prezident Emmanuel Makronun saatı gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, saatın 80 min avro olduğu və dolanışığın yüksək olduğu dövrdə Makronun gizlicə saatını çıxardığı iddialarından sonra Yelisey Sarayından açıqlama verilib.

“CheckNews”-a danışan Yelisey Sarayının rəsmiləri “Prezident, Prezident gerbi ilə fərdiləşdirilmiş Bell & Ross BR V1-92 saatını 1,5 ildən çoxdur ki, müntəzəm taxır”. Makronun 28 oktyabr 2022-ci ildə rəsmi fotoqrafı tərəfindən çəkilmiş şəkli də sübut kimi təqdim edilib.

Bəyanatda da “Sosial şəbəkələrdə iddia edilənlərin əksinə olaraq, Makron saatı gizlətmək üçün yox, videoda göründüyü kimi stola möhkəm dəydiyi üçün çıxarır. Sosial mediada paylaşılan videonun başlamasına cəmi bir neçə saniyə qalmış səs aydın şəkildə eşidilir” deyə qeyd edilərək həmin görüntülər də paylaşılıb.

NOCOMMENT.AZ