Fransada məscidlərə təzyiqlər artırbackend

Fransada məscidlərə təzyiqlər artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada radikallaşma bəhanəsi ilə məscidlərə təzyiqlər davam edir. Məscidlərin tikintisinə ianə verən və maddi dəstək göstərən şəxslər “şübhəli”, “islamçı”, “terrorçu” kimi qələmə verilir və onların bank hesabları heç bir səbəb göstərilmədən bağlanır.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rhone Məscidləri Şurasının sədri Kamel Kabtane bildirib.

Belə ki, Paris administrasiyası ötən il qəbul edilmiş “separatçı qanun” çərçivəsində ölkədəki məscidlərə münasibəti sərtləşdirib.

Qeyd edək ki, son 4 ildə müsəlmanlara məxsus məktəblərdə, dərnək və iş yerlərində, eləcə də məscidlərdə yoxlanılanların sayı 25 minə çatıb.

“Radikal dindarlığı müdafiə etdiyi üçün” bağlanan yerlərin sayı məscidlər də daxil olmaqla 718-ə yüksəlib. //konkret.az