Fransada müsəlman qadınlardan hicabıma toxunma etirazı – VİDEObackend

Fransada müsəlman qadınlardan hicabıma toxunma etirazı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada yaşayan müsəlman qadınlar ölkədə baş örtüyü qadağasına etiraz nümayış ediblər.

Əl Cəzirə agentliyi xəbər verir ki, hicablı Fransa vətəndaşları sosial mediada “hicabıma toxunma” (Pas Touche A Mon Hijab və ya ingiliscə hands off my hijab) hərəkatına başlayıblar.

Müsəlmanları hədəf aldığına görə tənqid olunan və “separatçı” kimi tanınan “Cümhuriyyət dəyərlərinə hörməti gücləndirən əsaslar” adlı qanun layihəsi Senatda müzakirə edilərkən hicab xüsusilə hədəf alınıb.

Senatda qanun layihəsinə məktəb gəzintilərində şagirdləri müşayiət edən anaların, 18 yaşınadək qızların ictimai yerlərdə, rəsmi idman yarışlarında hicab geyinməsini və hovuzlarda hicablı çimərlik geyimi geyinməsini qadağan edən maddələr əlavə olunub.