Fransada şiddətli terror aktları riski səbəbindən küçələrdə təhlükəsizliyi təmin etmək üçün 7 min əsgər təyin edilib.
NOCOMMENT xəbər verir ki, qərar Fransada bir nəfərin öldüyü, üç nəfərin yaralandığı hücumdan sonra verilib.
Daxili işlər naziri Gerald Darmanin “Hər bir fransız evindən çıxarkən diqqətli olmalıdır” deyə xəbərdarlıq edib.
Ölkə ərazisində təhlükəsizliyin artırılması üçün əlavə tədbirlər görülüb. Əməliyyat ölkənin həssas bölgələrini terrordan qorumaq məqsədi daşıyır.