Fransada pensiya islahatlarına qarşı etirazlarda QARŞIDURMAbackend

Fransada pensiya islahatlarına qarşı etirazlarda QARŞIDURMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada pensiya islahatına qarşı keçirilən nümayişlərdə polislə etirazçılar arasında toqquşma baş verib.

NOCOMMENT.az xəbər verir ki, Hökumətin parlamentdə səs vermədən birbaşa qəbul etdiyi mübahisəli pensiya islahatına qarşı ölkədə 200 nöqtədə nümayişlər keçirilib.

Belə ki, Paris, Renn və Tuluza şəhərlərində polislə nümayişçilər arasında qarşıdurma baş verib.

Paytaxt Parisdə Respublika meydanından Millət meydanına gedən nümayişçilər velosipedləri, skuterləri və zibil qutularını yandırıblar.

Polis nümayişçilərə gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib.

NOCOMMENT.AZ