Fransada pensiya islahatlarının əleyhdarları qatar stansiyalarına basqın etdilərbackend

Fransada pensiya islahatlarının əleyhdarları qatar stansiyalarına basqın etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada mübahisəli pensiya islahatının əleyhdarları paytaxt Parisdə qatar stansiyalarını bağlamağa başlayıblar.

NOCOMMENT.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə çox sayda nümayişçinin Parisdəki “Gare du Nord” binasına hücum etdiyi görünür.

Nümayişçilər bir ağızdan “Biz işçilərin ləyaqəti və daha yaxşı bir dünya üçün Makron istəməsə də buradayıq” şüarlarını səsləndirib.

Qeyd edək ki, martın 16-dan Fransa hökumətinin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.

Ölkənin müxtəlif yerlərində təşkil olunan nümayişlərə şiddətlə müdaxilə edən polislə nümayişçilər arasında zorakılıq halları yaşanır.

Ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.

NOCOMMENT.AZ