Fransada pensiya yaşının aşağı salınması ilə bağlı referendum rədd edildibackend

Fransada pensiya yaşının aşağı salınması ilə bağlı referendum rədd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada Konstitusiya Şurası parlamentarilərin “pensiya yaşının 62-yə endirilməsi ilə bağlı referendumun keçirilməsi” tələbini rədd edib.

NOCOMMENT.az xəbər verir ki, Fransanın keçmiş baş naziri Loran Fabius İnin sədrlik etdiyi və ümumilikdə 9 üzvdən ibarət Konstitusiya Şurası pensiya yaşının aşağı salınması ilə bağlı referendumun keçirilməsi tələbini müzakirə edib.

Şuradan verilən açıqlamada parlamentarilərin təqdim etdiyi bu referendum tələbinin konstitusiyanın 11-ci maddəsinə əsasən “islahat” təşkil etmədiyi səbəbilə rədd edildiyi bildirilib.

Konstitusiyanın 11-ci maddəsinə görə, prezident və müəyyən sayda parlamentarilər Fransanın iqtisadi və ya sosial siyasətində islahatlar təklif edə bilərlər.

NOCOMMENT.AZ