Fransada “Qəzzada sülh” nümayişi qadağan edilibbackend

Fransada “Qəzzada sülh” nümayişi qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Nitsa şəhərinin bağlı olduğu Alp-Dəniz Valiliyi Qəzzada atəşkəs və sülh tələbi ilə sabah şəhərdə keçirilməsi planlaşdırılan nümayişi “ictimai asayişi pozma riski” səbəbi ilə qadağan edib.

NOCOMMENT.az xəbər verir ki, Fransada Nitsa şəhərinin tabe olduğu Alpes-Maritimes Qubernatorluğu sosial media hesabında paylaşım edib.

Oktyabrın 7-dən Qəzzada baş verən hadisələrlə bağlı Fransa ölkədə gərginliyin artdığına dair qiymətləndirmənin də yer aldığı açıqlamada, “Fələstinlilərlə İsraillilər arasında ədalətli və daimi sülh” istədiklərini ifadə edən nümayiş təşkilatçılarının yalnız Fələstin xalqına dəstək olmaq məqsədi daşıdığı bildirilib.