Fransada polis Rusiya Xarici İşlər Nazirliyinin saxlanılan əməkdaşına şəxsi əşyalarını qaytarıb.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Rusiyanın Parisdəki səfirliyinə istinadən məlumat yayıb.
“Polis onun şəxsi əşyalarını geri qaytarıb və o, Rusiya konsulunun müşayiəti ilə hava limanını tərk edib”, – diplomatik nümayəndəlik qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının azadlığa buraxılmasına səfirliyin Fransa hakimiyyət orqanları, ilk növbədə Fransa Xarici İşlər Nazirliyi ilə apardığı iş, eləcə də konsulluq əməkdaşının hərəkətləri sayəsində nail olunub.