Fransada saxlanılan etirazçıların sayı 420-ni ötüb — KİVbackend

Fransada saxlanılan etirazçıların sayı 420-ni ötüb — KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada cümə günü səhər saatlarında baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 421 nəfərə çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.

Toqquşmaların davam etdiyi Nanterdə vəziyyət gərgin olaraq qalır.

Xatırladaq ki, “Mercedes” sürən 17 yaşlı gəncin polis tərəfindən öldürülməsindən sonra Parisin ətrafı Nanterredə iğtişaşlar başlayıb, sonradan digər bələdiyyələrə – Tuluza və Lion kimi böyük şəhərlərə yayılıb. Təkcə iyunun 28-nə keçən gecə onlarla polis maşını yandırılıb, polis bölmələri və inzibati binalar yandırılıb, təhsil ocaqlarına ziyan dəyib. İştirak edən 2000 polis və jandarma zabitindən bir neçəsi iğtişaşları yatırmağa çalışarkən yaralanıb.

Davam edən iğtişaşları yatırmaq üçün ölkə üzrə 40 mindən çox polis əməkdaşı prossesə cəlb olunub. Fransanın bəzi şəhərlərində küçələrdə zirehli texnika və helikopterlərin dəstəyi ilə xüsusi polis bölmələri yerləşdirilib.
NOCOMMENT