Fransada şəhərin mərkəzində hərbi təlimbackend

Fransada şəhərin mərkəzində hərbi təlim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 25-də Fransada başlayan və NATO müttəfiqlərinin iştirakı ilə həyata keçirilən Orion23 təlimi başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, Fransa, ABŞ, İtaliya, İspaniya, Belçika və İngiltərədən 7 min əsgərin qatıldığı təlimin son mərhələsi Fransanın Cahors şəhərində keçirilib.

Cahorsdakı təlimdə əsgərlər boş güllə, səs və tüstü bombalarından istifadə edərkən, mülki vətəndaşlar isə gündəlik həyatlarını davam etdirirdilər.

Əsgərlər manevr ssenarisi çərçivəsində ələ keçirilən şəhəri geri alıblar.

Ətrafdakılar tərəfindən qeydə alınan görüntülərdə əsgərlərin yaşayış məntəqəsi münaqişəsini canlandırarkən avtomobillərin və mülki şəxslərin yolları keçməyə davam etdiyi görülüb.

NOCOMMENT.AZ